Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsi tərəfindən Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

10 mart 2023 | 15:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu üzrə “ASAN Xidmət” Mərkəzlərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin növləri, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, Dövlət Miqrasiya Xidməti Şirvan Regional Miqrasiya İdarəsinin məsul işçiləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Tədbirdə ilk öncə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Həsən Həsənov Sabirabad rayonunda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə aparılan iş barədə ətraflı məlumat vermişdir.

Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Şəmsəddin Məmmədov çıxışında Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, elektron xidmətlər, 7 gün 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi barədə məlumat verib. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərindən söhbət açıb, leqallaşdırma qaydaları izah etmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər