Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Sabirabadda vətəndaşları qəbul edib

12 mart 2025 | 17:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Sabirabad rayon Heydər Əliyev Mərkəzində  Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrə ilə bağlı olub.

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul edilib.

Görüşün sonunda əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Keçidlər