Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi, dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.