Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabirabadda vətəndaşların qəbulunu keçirmişdir

23 noyabr 2022 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov qəbuldan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Qəbul zamanı 20-dən çox vətəndaşın müraciəti dinlənilib.

Vətəndaşların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi və sair məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər