Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 114 il ötür

26 aprel 2022 | 14:27

26 aprel 2022-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 114-cü ildönümü münasibətilə tədbir təşkil olunmuşdur.

Tədbirdə Sabirabad rayon Mərkəzi kitabxanasının fondunda yer alan Mir Cəlal Paşayevin əsərlərindən, onun haqqında yazılmış bioqrafiyalardan ibarət kitab sərgisinə baxış keçirilmiş, daha sonra isə "Addım" Gənclər Təşkilatının sifarişi ilə yazıçının "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında lentə alınmış "İki yad adam" filmi nümayiş olunmuşdur.

Filmin nümayişində Sabirabad rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin filmin yaradıcı heyəti - layihənin rəhbəri, "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə, əməkdar artist Gülşad Bayramova, baş rol ifaçıları Riyad Abdul və Duyğu Dəvəli də iştirak etmişlər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, "İki yad adam" filmi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən World Cultural Open Organizationun dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunub. Daha sonra filmə "Ən yaxşı sosial mövzuda film" və "Ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlar təqdim olunub.

Keçidlər