Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sabirabad rayonunda ağacəkmə aksiyası davam edir
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər Sabirabad rayonunda xüsusi təntənə ilə keçirilir. «Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı təsdiq olunmuş və rayon üzrə silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. Tədbirlər çərçivəsində rayonda geniş miqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağac əkilməsi planlaşdırılmışdır.
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayonun müxtəlif yaşayış məntəqələrində ağacəkmə aksiyası çərçivəsində artıq 7 mindən çox ağac əkilmişdir və bu sahədə işlər hazırda da davam etdirilir. Qeyd edirrik ki, rayon ərazisində əsasən dekorativ ağaclar, o cümlədən palma, evkalipt, aliandr ağacları əkilir.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Sabirabad rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu Öndərimizin xatirəsinin yad olunmasına bir töhfədir.