Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında Sabirabad rayon birinciliyi keçirilib

25 noyabr 2023 | 15:04

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin  təşkilatçılığı ilə cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında Sabirabad rayon birinciliyi keçirilib.

Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanan yarışda, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İnzibati-təşkilati sektorunun müdiri Hikmət Bağırlı çıxış edərək idmançılara uğurlar arzulayıb

Yarışda ümumilikdə 70 yeniyetmə idmançının iştirak ilə hər çəki dərəcəsində I, II və III yerləri tutan güləşçilər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Yarışın sonunda idmançılarla birlikdə xatirə fotosu çəkilmişdir.

Keçidlər