Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Atletika üzrə oğlan və qızlar arasında Sabirabad rayon birinciliyi keçirilib

15 noyabr 2023 | 17:03

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin  təşkilatçılığı ilə Sabirabad şəhər stadionunda atletika üzrə 2007-2008-cı il təvəllüdlü oğlan və qızlar arasında rayon birinciliyi keçirilib.

Yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman növlərinin Sabirabadda inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmanın bu növünə marağının artırılması, olimpiya dəyərlərinin və sağlam həyat tərzinin təbliği, perspektivli idmançıların üzə çıxarılması, həmçinin rayon komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyan yarışda 40-a yaxın atlet qüvvəsini sınayıb.

Açılış mərasimində birinciliyin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.

100, 200, 500 metr məsafəyə qaçışda I, II və III yerləri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.

Keçidlər