“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Sabirabadda gənclərlə maarifləndirici tədbir keçirib
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Sabirabad Dövlət Sosial-İqtisad Kollecində “Erkən nikahın qarşısının alınmasında yeni yanaşmaların təbliği” adlı maarifləndirici tədbir keçirib.
Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov erkən nikahla bağlı tədbirlərin regionlarda keçirilməsinin vacibliyin qeyd edib. Təşkilatın sədri Samirə Mustafayeva əsasən bölgələrdə yaşayan aztəminatlı ailələrdən olan gənc qızların erkən nikaha daxil olmasına qarşı təbliğatın aparılmasını özündə cəmləşdirən maarifləndirmə işinin təşkilini, problemin nisbətən təhsilsiz insanlara çatdırıması üçün real və vizual üsullardan istifadə etməklə problemin mahiyətini anlatmaq və fəsadlarını izah etmək təşəbbüsü ilə çıxış edib.
Layihə üzrə ekspert Nailə İsmayılova qeyd edib ki, Sabirabad rayonunda keçirilən tədbirdə iştirak edən yeniyetmə gənclər diskusiya zamanı aktivlik göstərərək erkən nikaha qarşı olduqlarını kəskin şəkildə bildirdilər: “Onlar öz yaxın ətraflarında belə halların baş verdiyi haqda məlumatlı olduğlarından bəhs etdilər. Hətta erkən evliliklərin sonunun boşanmayla nəticələnməsi həmyerli olaraq onlarda təəssüf hissi doğurduğunu etiraf etdilər. Ekspert “bəs siz niyə bu barədə öncədən müvafiq qurumlara müraciət etməmisiniz?” sualına “anonimliyin qorunmayacağından ehtiyat etdik” cavabı qənaətbəxş deyildi. Bunun səbəbi insanların bu halda atacaqları addımla bağlı məlumatsızlıqlarında və qanunlarımızı bilməməklərində görürəm. Məhz buna görə də o, iştirakçılara qanunlarımızı öyrənməyi, yeri gələndə müvafiq dövlət qurumlarının, əsasən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (012) 860 qaynar xəttinə zəng etməyi, eyni zamanda bildikləri, tanıdıqları QHT-larına müraciət etmələrini tövsiyyə edirəm”.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.