“Ailədə uşaqların hüquqları və valideynlərin öhdəlikləri” mövzsunda Sabirabadda maarifləndirici seminar keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Ramin Məmmədov adına Türkədi kənd tam orta məktəbində “Ailədə uşaqların hüquqları və valideynlərin öhdəlikləri” mövzsunda maarifləndirici seminar keçirilib.
Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçisi Nazim Sultanov, Sabirabad UADM-in əməkdaşları, məktəbin müəllim kollektivi və valideynlər iştirak ediblər.
Çıxış zamanı ailədə valideynlər və uşaqların rolları, vəzifələri və hüquqları barədə iştirakçılara məlumat verilib. Nazim Sultanov öz çıxışında ailənin təməlinin daha sağlam qurulmasında valideynlərin öhdəliklərinin həm hüquqi, həm də psixoloji tərəflərindən danışıb. Eyni zamanda valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu istiqamətdə məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı müzakirələr aparıb və hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin önəmli olduğunu vurğulayıb.
Sonda mövzu ilə əlaqədar təqdimat nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.