Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir

20 iyun 2025 | 14:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq 20 iyun 2025-ci il tarixində Sabirabad Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında hüquqi yardım, uşaqların müalicəsi, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Keçidlər