Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur

21 yanvar 2014 | 16:00

Sabirabad rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə kompleks tədbirlər keçirilmişdir. Qeyd etmək lazımdır ki, 1990-cı il yanvarın 20-də rayonun 2 sakini- Zəbulla Əliyev və Mehman Məmmədov milli azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin arasında olmuşdur. Ümumiyyətlə, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi zamanı 223 nəfər ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuşdur. Onlardan  ikisi- Mübariz Əhmədov və Fərhad Ağayev Azərbaycanın Milli Qəhrəmanıdır, Maqsud Daşdıyev və Daşqın Əhmədov isə ölümlərindən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif edilmişlər. Sabirabadda şəhidlərin xatirəsi həmişə əziz tutulur. «Şəhidlər Xiyabanı» onların xatirəsinə böyük ehtiramın bariz nümünəsidir.
20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə rayon içtimaiyyətinin nümayəndələri əvvəl “Şəhidlər xiyabanı”nı ziyarət etmiş, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər. Sonra bu münasibətlə rayon İcra Hakimiyyətinin iclas zalında mərasim keçirilmişdir. Tədbiri Sabirabad rayon İcra Hakimiyyətinin başçısının I müavini Həsən Həsənov açmış, şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışmış, həmin dövrü geniş təhlil etmiş və ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirmişdir.
Sonra çıxış edənlər H.Z.Tağıyev adına şəhər 6 saylı t.o. məktəbin müəllimi Afiq Quliyev,  Qarabağ müharibəsi veteranları birliyinin sədri Faiq Hüseynov,  Gənclər adından Zeynəb Cəbiyeva  şəhidlərimizin ölməzliyindən danışmış və gənclərimizi onlar kimi mərd və vətənpərvər olmağa çağırmışlar.
Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.

Keçidlər