Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edib

08 aprel 2022 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Keçidlər