Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Əliləmbəyli kəndində keçirilmişdir

29 mart 2022 | 16:00

Sabirabad rayonunun Əliləmbəyli kəndində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə 29 mart 2022-ci il tarixdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən vətəndaşlarla səyyar-qəbul keçirilib. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları və aidiyyəti idarə rəhbərləri iştirak ediblər.

S.Cabbarov tədbiri giriş sözü ilə açaraq Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqları və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından və eyni zamanda müxtəlif dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Rayon rəhbəri rayonda və Əliləmbəyli ərazisində son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, açılan yeni iş yerləri barədə məlumat verib və qarşıda duran vəzifələri qeyd edib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənilib. Kənd sakinlərindən Əlifağa Xanməmmədov, Müzəffər Zautadze, Məcid Xəlilov, Dilbər Cavadova, Rahil Yusifov və başqalarının müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparılıb.

Keçidlər