Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər Nazirliyinin köçkünlərə bayram sovqatı

28 dekabr 2013 | 16:00

Daxili İhlər Nazirliyinin əlamətdar bayramlar ərəfəsində Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərə bayram sovqatı gətirməsi bir ənənə halını almışdır.  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə nazirliyin əməkdaşları köçkünlərlə görüşmüşlər.
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı rayonumuzdakı Şəhriyar köçkün düşərgəsində olmuşdur.
Bu münasibətlə düzənlənən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq köçkünləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, göstərilən diqqət və qayğıya görə general-leytenant Ramil Usubov başda olmaqla Daxili İşlər Nazirliyinin kollektivinə minnətdarlığını bildirmişdir.
Daxili İşlər Nazirliyinin idarə rəisi, polkovnik Rahim Qarayev çıxış edərək öncə Daxili İşlər naziri, general-polkovnik  Ramil Usubovun köçkünlərə hər iki bayram münasibətilə təbrikini çatdırmışdır. O, həmçinin ölkəmizdə aparılan quruculuq işlərindən, Azərbaycanın dünyada qüdrətli dövlətə çevrilməsindən danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  inkişaf kursu bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 2013-cü il Azərbaycan üçün əlamətdar hadisələrlə yadda qalmışdır.
Ölkə rəhbərliyi tərəfindən qaçqın və köçkünlərə daim diqqət göstərilir. Respublikamızda çadır düşərgələri artıq ləğv olunmuşdur. Onlar üçün 80-dən çox qəsəbə salınmışdır.
Tədbirdə Zəngilan rayonundan məcburi köçkün Bilal Hətəmov, Güdəcühür köçkün qəsəbəsindəki Füzuli məktəbinin direktoru Əbdül Cəfərov və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyinin kollektivinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər