Sabirabad rayon icra hakimiyyətinin başçısı Surra kəndində səyyar görüş-qəbul keçirmişdir
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Surra kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Valeh Mayılov, Fariz Babayev, Muxtar Mənsimov və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.