Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunmuşdur

27 dekabr 2013 | 16:00

Dekabrın 26-da Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov öncə bütün sabirabadlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rayon rəhbərliyi adından təbrik etmiş, xalqımıza cansağlığı, ruzi-bərəkət, əmin-amanlıq və firavanlıq arzulamışdır. Natiq eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, ölkəmizdə və rayonumuzda aparılan quruculuq işlərindən danışmışdır. Qeyd etmişdir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məsclisə «Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında» tarixi qərar qəbul etdi. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi rəsmi bayram kimi elan edib. Əsası Ulu öndər tərəfindən qoyulmuş  diaspor quruculuğu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Başqa sözlə desək, diaspor  quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.
2013-cü il bütövlükdə Azərbaycan üçün uğurlu olmuşdur. Ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişafı hər bir sahədə görmək olar. Rayonumuz da 2013-cü ili uğurla yola salır. Bu il rayonumuzda xeyli abadlıq və quruculuq işləri görülmüşdür. Sabirabadlılar üçün ən əlamətdar hadisələrdən biri də avqustun 29-da ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri olmuşdur.
Toplantıda Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov, rayon Təhsil Şöbəsinin müdiri Elman Bunyadov, rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov çıxış edərək  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik və arzularını bildirmişlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevə yekdilliklə təbrik teleqramı qəbul edilmişdir.

Keçidlər