Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyətində bir qrup şəhid ailəsi və müharibə iştirakçıları ilə növbəti dəfə görüş keçirilib

22 fevral 2022 | 16:00

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bir qrup Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları ilə növbəti dəfə görüş keçirmişdir.

Görüş zamanı çıxış edən RİH başçısı Siraqəddin Cabbarov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhid ailələrinin, qaziləri, eləcə də müharibə veteranlarının etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər. 

RİH başçısı şəhid ailələrini, müharibə iştirakçılarını narahat edən sosial problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər