Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2 fevral Gənclər Günü münasibəti ilə tədbir keçrilmişdir

01 fevral 2022 | 16:00

2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Sabirabad rayon Gənclər və idman idarəsinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur.

Tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişlər.

İlk öncə Sabirabad rayon Gənclər və idman idarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx iştirakçılara nümayiş olunmuşdur.

Daha sonra tədbirdə çıxış edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Gənclər Günü münasibətilə gəncləri təbrik etmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışmışdır. Natiq xüsusilə qeyd etmişdir ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimizin rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov da çıxış edərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söhbət açmışlar.

Tədbirin davamında 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonun ictimai-siyasi həyatında fəallıq göstərən 10 gənc müxtəlif nominasiyalar üzrə Sabirabad rayon Gənclər və idman idarəsinin diplomları ilə təltif olunmuşlar.

Sabirabad Regional Mədəniyyət İdarəsi də ötən il ərzində gənclər sahəsində göstərdiyi fəal fəliyyətə görə Sabirabad rayon Gənclər və idman idarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunmuşdur. Konsert proqramında idarənin xidməti əhatəsindəki mədəniyyət müəssiəslərinin əməkdaşlarının ifasında müxtəlif musiqi nümunələri səsləndirilmişdir. Həmçinin Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor kollektivi də maraqlı rəqslə çıxış etmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Keçidlər