Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda qanvermə aksiyası keçirilmişdir

11 yanvar 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək, bu insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.

B.Eyvazov adına Hematologiya Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Sabirabad Olimpiya İdman Kompleksində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək məqsədi ilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər könüllü iştirak etmişlər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər