Sabirabad rayonunda “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktiki konfrans keçirilmişdir
YAP Sabirabad rayon təşkilatının təşkilatçılığı ilə Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab cənab İlham Əliyevin davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə Sabirabad RİH başısının birinci müavini Həsən Həsənov, Sabirabad RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, ərazi ilk partiya təşkilat sədrləri və ictimaiyyətin nümayəndələri iştrak etmişdirlər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrundan canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva çıxış edərək bildirdi ki, cənab İlham Əliyevin prezident seçildiyi ilk gündən bu günə qədərki bütün fəaliyyəti dünya siyasətçiləri üçün örnəkdir. İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verdi və bu günə qədər də sözünə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, torpağın mənafeyi uğrunda çalışdı və bütün çıxışlarında da qətiyyətlə qeyd etdi ki, biz işğalda olan torpaqlarımızı erməni faşistlərindən azad edəcəyik. Elə Azərbaycan Prezidentinin ən böyük tarixi qələbəsi da Qarabağ torpaqlarının düşmən işğalından azad etməsidir. İlham Əliyevin on səkkiz ili Azərbaycan tarixinin unudulmaz səhifələridir. 2003-cü ildən sonra ölkə iqtisadiyyatı inkişaf edib, Azərbaycan beynəlxalq aləmdə tanınmağa başlayıb, ordu güclənib, insanların həyat şəraiti yaxşılaşıb və nəhayət ən əsası isə 30 illik Qarabağ həsrətinə son qoyuldu.
Daha sonra Sabirabad RİH başcısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının könüllüsü Xanım İbrahimzadə və digər natiqlər çıxış edərək bildirdilər ki, cənab Prezident İlham Əliyev on səkkiz illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Konfransda Prezident İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən qısa metrajlı videoçarx nümayiş olunmuşdur.