Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ulu öndər Heydər Əliyev böyük ehtiramla anılmışdır

12 dekabr 2021 | 16:00

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ümummilli Liderimizin əziz xatirəsi Sabirabad rayonunda da böyük ehtiramla yad edilir, bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.

Dekabrın 12-də Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününün 18-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını ifadə ediblər.

Keçidlər