Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

08 dekabr 2021 | 16:00

N.Gəncəvi adına 5 nömrəli Sabirabad şəhər tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və Təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin məhsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.

Rayon Polis şöbəsinin rəisi Namik Camalov, Təhsil şöbəsinin müdir müavini Azər Quliyev çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, məktəblərdə görülən profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladılar.

Tədbirdə həmçinin “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin yekununda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar təqdim edildi.

Keçidlər