Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixi Qələbə və Zəfərlər Partiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib

19 noyabr 2021 | 16:00

YAP Sabirabad rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Tarixi Qələbə və Zəfərlər Partiyası” mövzusunda elmi-praktiki konfrans keçrilib.

Konfransda Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə konfrans iştrakçıları Ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva çıxış edərək 29 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıb. O qeyd edib ki, 21 noyabr 1992-ci il tarixi ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşayacaq. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan Ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir.

Daha sonra Sabirabad RİH başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 29 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Ümummilli lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Digər çıxış edən natiqlər partiyanın yaranma tarixi, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar.
Daha sonra partiya sıralarına daxil olmuş bir neçə gəncə və Vətən müharibəsi iştrakçılarına partiya vəsiqələri təqdim edilib.

Sonda tədbir iştrakçılarına YAP Sabirabad rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə bağlı hazırlanmış videorolik nümayiş olunub.

Keçidlər