Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir

08 noyabr 2021 | 16:00

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən Sabirabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibəti ilə Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, rayon Gənclər və idman idarəsinin və Sabirabad Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə sislsilə tədbirlər keçirilmişdir.

Bayram tədbiri ZƏFƏR yürüşü ilə başlamışdır. Gənclər Mərkəzinin qarşısından start götürən yürüş Sabirabad şəhərinin Mərkəzi Meydanına qədər davam etmişdir. Yürüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.

Mərkəzi Meydanda  8 Noyabr – Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş dekorativ ağac üzərində şəhidlərin fotoşəkilləri nümayiş olunub. Tədbir iştirakçıları Zəfər Gününə həsr edilən rəsm əsərləri ilə tanış olublar. Məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib. S.Cabbarov vurğulayıb ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Sabirabad rayonunun vətənpərvər oğullarının da xüsusi yeri var. Onlar könüllü olaraq cəbhəyə yolanıb və torpaqlarımızın düşməndən azad olunmasında fəallıqla iştirak ediblər. Onlardan 43-ü şəhid olmuş, 200 nəfərə yaxın isə yaralanmışdır.

Sonra çıxış edən Milli Məclisin deputatı Əhliman Əmiraslanov, şəhid ailələrinin üzvləri, qazilər və başqaları Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, bütün sabirabadlıları təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər. Qazilərimiz canlarından keçən şəhidlərimizlə, onların ataları, anaları ilə qürur duyduqlarını, onlarla fəxr etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər.

Tədbirin rəsmi hissəsindən sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir. Ümumilikdə açacəkmə aksiyası zamanı 12500 ədəd müxtəlif növdə (alyandra, evkalipt, xan çinarı, göyrüş, zeytun və s.) ağac əkilmişdir.

Keçidlər