Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir” adlı tədbir keçirilib

03 noyabr 2021 | 16:00

Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı. Bu tarixi qələbə münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin təşkilatçılığı ilə “Möhtəşəm qələbəmizin Zəfər səlnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, bir qrup vətən müharibəsi qaziləri, şəhid ailələri, məktəblilər, hərbi təlim müəllimləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Sabirabad rayonunun mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini, daha sonra Sabirabad Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə mərasim açıq elan olunub. Sonra vətən uğrunda canından qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisafa Məmmədov, Sabirabad rayon icra hakimiyyəti başçısnın birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və Vətən Müharibəsi qazisi Murad Bağırov çıxış edərək Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından danışıblar.

Sonra Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamları ilə Vətən Müharibəsi iştirakçalarının göstərdikləri sücayətlərinə görə, ölümündən sonra təltif olunduqları medalları şəhidlərimizin valideynlərinə təqdim olunub.

Keçidlər