Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 27 Sentyabr - Anım Günü şəhidlərin xatirəsi ehtiramla yad edilib

27 sentyabr 2021 | 16:00

Sabirabad rayonunda “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Anım tədbirinin iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad etmişlər. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.

Daha sonra “27 Sentyabr - Anım Günü” münasibətilə Sabirabad rayonunda ağacəkmə aksiyası təşkil olunub. Ağacəkmə aksiyasında Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, əmək kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak etmişlər.

Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sabirabad Şəhidlər Xiyabanın ərasizində, Muğan prospektində və Bulaqlı kəndində 500 ədəd zeytun ağacı əkilmişdir.

Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Sabirabad rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər