Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Ulu Öndərə böyük ehtiram

13 dekabr 2013 | 16:00

Xalqımızın Ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının ildönümü ilə əlaqədar Sabirabad rayonunda Anım mərasimi keçirildi.
Ulu öndərin əzəmətli heykəli qarşısında düzənlənən tədbirin əvvəlində minlərlə sabirabadlı Ümummilli liderin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş çıxış etdi. Ulu öndərimizin mənalə ömür yolu Vətənə sədaqət nümunəsi olmuşdur,-deyə çıxışa başlayan natiq sözünə davam edərək bildirdi ki, müstəqil Azərbaycan dövləti Ümummilli  liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl həriflərlə yazılmışdır.
N.İsmayılov Heydər Əliyevin xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olduğunu dönə-dönə vurğuladı və Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyinin bu dahi şəxsiyətin adı ilə bağlı olduğunu iftixarla bildirdi.
O Sabirabadın yenidən qurulmasında, onun inkişafında və formalaşmasında Heydər Əliyevin tarixi rolu, əvəzsiz xidmətlərindən də geniş bəhs edərək bildirdi ki, 15 dəfə bu regiona səfər etmiş, böyük sənaye müəssisələrinin, mədəni, inzibati və sosial obyektlərin ərsiyə gəlməsinə yaxından köməklik göstərmiş dahi şəxsiyyətin əziz xatirəsi hər bir sabirabadlının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev ideyalarının yaşadılması, onun dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi naminə möhtəşəm, yorulmaz fəaliyyətinə görə bütün xalqımız kimi sabirabadlılarda ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdardılar. Biz əminik ki, onun uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti xalqımızı və dövlətimizi daha parlaq gələcəyə qovuşduracaqdır. Azərbaycan durduqca Heydər Əliyev də olacaqdır, onun amalları həyatımıza daim işıq saçacaqdır.
Sonra mərasim iştirakçıları həzin musiqi sədaları altında Ulu öndərin abidəsi önünə əklillər və tər güllər qoyaraq dahi rəhbərə ehtiramlarını bildirdilər.

Keçidlər