Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngənə kəndində yeni tibb məntəqəsi istifadəyə verilmişdir

14 iyul 2021 | 16:00

14 iyul 2021-ci il tarixdə Zəngənə kəndində yeni tibb məntəqəsinin açılış mərasimi keçirilmişdir. Həmin gün kənd sakinləri, yerli icra və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri Zəngənə icmasında tibb məntəqəsinin bərpasının uğurla başa çatmasını qeyd etmək üçün bir araya gəlmişlər. Tibb məntəqəsinin bərpası ABŞ və Azərbaycan hökümətləri tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) təşkilatı ilə yerli icma tərəfindən birgə icra olunmuşdur.

Mərasimi giriş sözü ilə SEDA Aran Regional ofisinin rəhbəri Əhməd Məmmədzadə açmışdır. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, İqtisadiyyat Nazirliyinin Aran Regional bölməsinin nümayəndəsi Sani Məmmədov və Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ənvər Lümanov təbrik nitqi söyləmişdir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Tibb Xidmətinin əməkdaşı Arturo Villafuerte çıxış edərək bildirmişdir ki, bu tibb məntəqəsinin təmiri yerli icmaların sosial və iqtisadi ehtiyaclarını təmin etmək, onların imkanlarını artırmaq məqsədi ilə həyata keçirilmişdir.

Keçidlər