Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadın Qaratəpə və Qaralar kəndlərinə təbii qaz verildi

06 dekabr 2013 | 16:00

Sabirabad rayonunun Qaratəpə və Qaralar kəndlərinə təbii qazın verilməsi münasibətilə mərasimi rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Möhtərəm Prezidentımiz İlham Əliyevin rəhbərliyi altında gənc dövlətimizin müstəqillik yolunda inamla addımlamasından, milli mənafelərə uyğun müstəqil daxili və xarici siyasət yeritməsindən iftixar və qürur hissi ilə danışdı.  Sabirabadlılar dövlət başçısının diqqət və qayğısını hər vaxt hiss etmişlər deyən Nazim İsmayılov Prezidentin Sabirabad rayonuna göstərdiyi davamlı qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından minnətdarlığını ifadə etdi.
«Azəriqaz» İstehsalat Birliyinin Tikinti Departamentinin rəis müavini cənab Fuad Şükürov sakinləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı. 
Qaratəpə Bələdiyyəsinin sədri, Prezident təqüdcüsü. Fatma Hüseynova, Qaratəpə kənd ağsaqqalı, şəhid atası Nərman Kərimov, Qaralar kənd ağsaqqalı Hacı Abas Babaşov
Və başqaları çıxış edərək  sevinclərinin həddi-hüdudu olmadıqlarını bildirdilər, bütün bunlara görə Prezident İlham Əliyevə  dönə-dönə minnətdarlıq etdilər.
Tədbir iştirakçıları adından ölkə Prezidentinə yekdilliklə müraciət qəbul olundu.
Conda İcra başçısı alqış sədaları altında mavi qaz məşəlini alovlandırdı.

Keçidlər