Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 15 iyun - Milli Qurtuluş Günü qeyd olunur

15 iyun 2021 | 16:00

15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi altında bu gün torpaqlarının azadlığına qovuşan Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. 

Respublikamızın her yerində olduğu kimi Sabirabad rayonunda da 15 iyun – Milli Qurtuluş Günü münasibətilə idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilmişdir.

Keçidlər