Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir

14 iyun 2021 | 16:00

Sabirabad rayonunun ümumtəhsil məktəblərində Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq “Son zəng” tədbirləri keçirilmişdir.

Tədbirlər ümumtəhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla yalnız ümumtəhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilmişdir.

2020-2021-ci tədris ilində Sabirabad rayonunun ümumtəhsil məktəblərinin IX siniflərini 2264 nəfər, XI siniflərini isə 1275 nəfər şagird bitirir.

Keçidlər