Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

10 may 2021 | 16:00

Bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Ümummilli liderimiz Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.

Sabirabad rayonunun dirçəlişinin də Ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabada 14 dəfə səfər edib, müstəqillik dövründə isə 1998-ci ilin oktyabrın 4-də rayona səfəri olmuşdur. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, Kür çayı üzərindən nəhəng körpü salınıb, İttifaqda analoqu olmayan Qrup Su kəməri kompleksi qurulub, əhaliyə təbii qaz verilib, onlarla çoxmərtəbəlı yaşayış və inzibati binalar inşa edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan Ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolundadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr də ölkə Prezidentinin fəaliyyəti ilə vəhdət təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası öz uğurlarını daha da artıracaqdır.

Sabirabad rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak etmişlər. Aksiya iştirakçıları yeni əkilmiş ağaclarla yanaşı, digər ağaclara da aqrotexniki qulluq göstəriblər.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sabirabad şəhərinin küçələrində və rayonun bir çox kəndlərində 1200 ədəd müxtəlif növ ağac əkilmişdir. 

Keçidlər