Şriftin ölçüsü :

Saytın rəngi :

Faşist Almaniyası üzərində qələbənin 76 illik yubileyi qeyd olunur

09 may 2021 | 16:00

Bu gün Azərbaycan xalqı da faşizm üzərində tarixi qələbənin 76 illik yubileyini qeyd edir.  600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Qələbənin əldə olunmasında çox böyük rolu olmuşdur. Bu dəhşətli və qanlı müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın 120 əsgər və zabiti Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çoxu isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Müharibənin ilk günlərindən başlayaraq azərbaycanlılardan formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstərmişlər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişlər. Şanlı Qələbənin əldə olunmasında Bakı neftinin rolu böyük olmuşdur. O dövrdə cəbhəyə göndərilən neft məhsullarının 80%-i məhz Bakıdan yola salınırdı.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə İkinci Dünya Müharibəsi veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1941-1945- ci illərdə faşizmə qarşı vuruşmuş müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirmiş, hər il Qələbə günü ərəfəsində veteranlarımızla görüş keçirən Prezidentimiz onların sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır.

Keçidlər