Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 15 may «Beynəlxalq Ailə Günü» münasibəti ilə tədbir keçirilmişdir

04 may 2021 | 16:00

04 may 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında Beynəlxalq Ailə günü münasibəti ilə rayon ərazisində koronovirus pandemiyası ilə bağlı ölkədə elan edilən karantin rejminin tələblərini nəzərə almaqla tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva, rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili qrupunun baş inspektoru İlqar Əliyev, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, yetkinlik yaşına çatmayanlar, gənclər, nüfuzlü şəxslər və QHT-lərin nümayəndələri iştirak etmişdir.

Bayram tədbirində Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirdi ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Tədbirdə Ailə, Qadin və Uşaqlara Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Qadın Resurs Mərkəzinin direktoru Aygün Əliyeva, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki, bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Keçidlər