Şriftin ölçüsü :

Saytın rəngi :

Surra kəndində «mavi alov» şölələndi

17 noyabr 2013 | 16:00

Noyabrn 16-da Surra kəndində sakinlərə qaz verilməsi ilə bağlı tədbir keçirilmişdir. Mərasimi giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq öncə qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etmişdir. Rayon rəhbəri ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi, Sabirabad rayonunda da həyata keçirilən sosial-iqtisadi inkişafdan ətraflı danışmışdır. «Azəriqaz» İstehsalat Birliyinin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov çıxış edərək bildirmişdir ki, artıq rayonda 11-ci yaşayış məntəqəsi qazla təmin olunur. 2014-cü ildə isə rayon üzrə bütün kəndlər qazlaşdırılacaqdır.
Kənd sakinlərindən Adil Babayev, Rəna Mirzəyeva çıxış edərək göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dönə-dönə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər