Şriftin ölçüsü :

Saytın rəngi :

"Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur

14 noyabr 2020 | 16:00

Qarabağa heç bir status verilmir. "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək. Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq. Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək.

Keçidlər