Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü münasibətilə Sabirabad rayonunda “Zəfər” Musiqi və Teatr Festivalının konsert proqramı keçirilmişdir

02 noyabr 2023 | 14:51

8 Noyabr - Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş “Zəfər” Musiqi və Teatr Festivalının növbəti konsert proqramı Azərbaycan Dövlət Mahnı Teatrının kollektivinin ifasında Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

Tədbirdən öncə Sabirabad RİH-nin rəhbər işçiləri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblının rəhbəri Mirxalid Salayev və ansamblın üzvləri rayonun mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.

Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblı tarixi zəfərimizə həsr etdiyi rəngarəng musiqi proqramı ilə çıxış etmişlər. Konsertdə ansamblın solistləri ölkəmizin tanınmış incəsənət xadimləri, Azərbaycan Respublikasının xalq artistləri Gülyaz Məmmədova və Heydər Anatollu, həmçinin Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli də çıxış ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Keçidlər