2013-cü ilin birinci yarısına yekun vuruldu.
26 iyul 2013 | 15:00
Iyulun 25-də rayon İcra Hakimiyyətinin iclas zalında 2013-cü ilin brinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların və mətbuat nümayəndələri dəvət olunmuşdular.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açdıqdan sonra hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə cari ilin birinci yarısında rayonumuzda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.