Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı yüksək bal toplayan abituriyentlərlə görüşmüşdür

10 sentyabr 2020 | 16:00

Görüşdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yüksək bal toplayan bütün abituriyentləri təbrik edərək rayonda təhsilin ildən ilə gücləndiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsində olduğu kimi Sabirabad rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərirlər. Bu gün abituriyentlərimizin yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan Siraqəddin Cabbarov əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəbin inşası həyata keçirilir. Sabirabadın təhsil işçilərini, müəllimləri və valideynləri bu uğurlar münasibəti ilə təbrik edən icra başçısı tələbə adını qazanan bütün sabirabadlılara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonda abituriyentlərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Keçidlər