Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Gənclərin sağlamlıq festivalı” keçirilmişdir.

18 iyul 2013 | 15:00

Respublika Gənclər və İdman Nazirlyinin, “Azad Azərbaycan” Teleradio şirkətinin birgə layihəsi olan “Gənclərin sağlamlıq festivalı” keçirilmişdir. Bu festivalın davamı olaraq iyulun 17-də Aran zonası üzrə rayonumuzda təşkil olunmuş tədbir maraqlı keçmişdir.
Olimpiya İdman kompleksində düzənlənən tədbirdə əvvəlcə meydana idmançılar çıxmışlar. Futbol, sərbəst güləş, boks, karate idman növləri üzrə nümunəvi çıxışlar göstərən idmançılar tamaşaçıların alqışalrı ilə qarşılanmışlar.
Tədbir konsert proqramı ilə yekunlaşmışdır. Konsert proqramında respublikanın xalq artisti Bilal Əliyev, əməkdar artistlər Təyyar Bayramov, Teymur Əmrah, müğənnilərdən İzzət Bağırov, Fədayə Laçın, Vaqif Şixəliyev, Sevda Yəhyayeva, “Kristal” qrupu və digər incəsənət ustaları çıxış etmişlər.

Keçidlər