Şriftin ölçüsü :

Saytın rəngi :

Asayiş keşikçilərinin bayram ovqatı.

03 iyul 2013 | 15:00

İyulun 2-də ölkəmizdə Azərbaycan Polisinin yaranmasının 95 illiyi qeyd olunmuşdur. Bu münasibətlə həmin gün rayon İcra hakimiyətinin iclas zalında yığıncaq keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əlievin abidəsini ziyarət etmişdir.Həmçinin Qarabağ münaqişəsi zamanı şəhid olmuş polis baş leytenantı Əhmədağa Səmədovun, cinayətkarlara qarşı silahlı mübarizədə həyatlarını qurban vermiş Novruzəli Süleymanovun, Əliqulu Əsgərovun, Eldəniz Quliyevin və Vaqif Bayramovun da məzarları ziyarət olunmuşdur.
Yığıncağı giriş sözü ilə rayon Polis şöbəsinin rəisi Mübariz Quliyev açaraq əvvəlcə Polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara səmimi arzularını çatdırmışdır.
Rayon İcra hakimiyyətinin  başçısı cənab Nazim İsmayılov çıxış edərək Azərbaycan Polisinin yaranmasının 95 illik yubiley münasibətilə Daxili İşlər Orqanı əməkdaşlarını təbrik etmiş, onlara xoş arzularını yetirmişdir.
Nümunəvi xidmətinə görə rayon Polis şöbəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və pul mükafatı təqdim olunmuşdr.

Keçidlər