Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın beynəlxalq nüfuzu daha da artır

09 iyul 2020 | 16:00

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında pandemiyaya qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə qərarın qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində daim artan hörmət və nüfuzunun bariz ifadəsidir. Bu diplomatiyamızın uğurudur. Bu eyni zamanda cənab Prezidentin beynəlxalq miqyaslı siyasi lider kimi statusunun yüksılməsi kimi qiymətləndirilir. BMT-nin 130-dək üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir. Bu beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan olmuşdur.

Aparıcı dünya ölkələrində fəaliyyət göstərən erməni lobbisi tərəfindən Ermənistan daim müdafiə olunur. Beynəlxalq təşkilatlara demokratik dövlət kimi təqdim olunur. Lakin Azərbaycan sübut edir ki, Xocalı soyqırımını törədən erməni faistləri demokrat ola bilməzlər. Bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Ermənistana rəhbərlik edənlər hamısı cinayətkardır. Azərbaycanın Beynəlxalq təşkilatların və Ermənistanın qarşısında qoyduğu tələb ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin icrası təmin edilməlidir. Həmin qətnamələrdə BMT Təhlükəsixlik Şurasının Dağlıq Qarabağ regionunu Azərbyacanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Keçidlər