Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul Azərbaycanda Polis Günüdür

02 iyul 2020 | 16:00

Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci il dönümüdür. 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük naliyyətlər qazandığı 1970-1980-ci illəri daxili işlər orqanları üçün əhəmiyyətli mərhələ kimi səciyyələndirmək olar. Həmin dövrdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Sonrakı illərdə də bu proses davam etdirilmiş və ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü elan olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilib. Azərbaycan polisi dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onun qorunub saxlanılmasında, ölkədə ictimai sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rolu olmaqla yanaşı, bu gün pandemiya dövründə də polis işçiləri öz peşə borclarını layiqincə yerinə yetirərək öz hərəkəti, davranışı ilə cəmiyyətə nümunə olmaqdadır. Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də insanları öz məsuliyyətsizliyindən qorumaqdır. Həftəsonu sərtləşdirilmiş karantin dövründə biz Azərbaycan polisinin fədəkarlığının şahidi olduq. Bu müddət ərzində polis qaydaları pozan insanları inzibati məsuliyyətə cəlb etməklə yanaşı təmkinlə onları evdə qalmağa dəvət etdilər, vətəndaşlarla koronavirus infeksiyasının nə qədər ciddi problemlər yaratdığı ilə bağlı maarifləndirmə işləri aparıblar. Son illərdə polisin belə nümunəvi hərəkətləri barədə çoxsaylı faktlar var. Bu gün polisə olan münasibət kökündən dəyişib. Artıq insanlar polisi özünə güvənc yeri hesab edir. Məhz ona görə də cənab Prezident İlham Əliyev pandemiya dövründə həkimlərlə yanaşı, polisin rolunu da yüksək dəyərləndirib. Azərbaycan polisi bəşəri və dövlətçilik ənənələrinə sadiq qalaraq karantin rejimi dövründə gücləndirilmiş iş rejimində işləyən polislərimiz bir an olsun sayıqlıqlarını itirmədilər. Yorğunluğa, çətinliklərə baxmayaraq peşə fəaliyyətlərini layiqincə yerinə yetirib polis şərəfini hər şeydən üstün tutdular. Bu hərəkətləri ilə Azərbaycan polisi öz dövlətinə sədaqətdə ən yaxşı nümunə göstərmiş oldu. Hələ zamanında Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin dövlətçiliyimizin sadiq köməkçisi və qulluqçusu adlandırıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Keçidlər