Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu öz döyüş qüdrətini daim artırır

27 iyun 2020 | 16:00

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılış mərasimində iştirak etmiş və hərbi hissə ilə tanışlıqdan sonra hərbçilərlə görüşdə nitq söyləmişdir.

Uzun illərdir ki, xalqımız müharibə şəraitində yaşayır və ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Dövlət başçısının göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar yenidən qurulur, tikinti-bərpa, yenidənqurma işləri durmadan aparılır. Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Bu gün Azərbaycan dünyada öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Bizim iqtisadiyyatımız güclüdür. Bu isə imkan verir ki, ordumuzu müasirləşdirək, onu məğlubedilməz orduya çevirək. Öz çıxışında Ali Baş Komandan qeyd etmişdir ki, ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək.

Hərbi hissələrdə ideoloji iş böyük əhəmiyyət kəsb edir. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər.

90-cı illərin əvvəlində Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün bütün çirkin vasitələrdən istifadə etmişdir. Torpaqlarımızın işğal olunması antimilli Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin satqın fəaliyyətinin nəticəsidir. Çünki məhz onların xəyanətkarlığı  nəticəsində torpaqlarımız işğal altına düşdü. Şuşanın işğalı xalqımızın böyük faciəsi oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə qədəm qoydu. Atəşkəs razılığı əldə edildi, ordunun döyüş qabiliyyətinin artırılması əsas şərt kimi qarşıya qoyuldu. İndi ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə hazırdır.

İşğal edilmiş torpaqlarımızda ermənilər qanunsuz məskunlaşma siyasəti aparır və biz bu siyasətlə heç vaxt barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vax imkan verilməyəcəyik.

Ümumiyyətlə, Ermənistanın heç bir inkişaf perspektivi yoxdur. Burada diktatura hökm sürür və problemlər son həddə çatmışdır. Ermənistanda korrupsiya və rüşvətxorluq kütləvi xarakter almışdır. 20 il ərzində bu işğalçı ölkəyə yalnız quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik etmişlər. Buna görə də Ermənistan bir dövlət kimi gec-tez məhvə məhkumdur.

Keçidlər