Şriftin ölçüsü :

Saytın rəngi :

Bulduq kəndində mavi alov şölələndi

29 iyun 2013 | 15:00

İyunun 28-də Bulduq kənd tam orta məktəbinin həyətində əsil qələbəlik var idi. İdarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, kənd sakinləri buraya toplaşmışlar. Həmin gün kəndə qaz verilməsi münasibətilə tədbir keçirilirdi. Rayon icra hakimiyyətinin başçısı cənab Nazim İsmayılov iştirak etdi.  Mərasimdən əvvəl rayon Qaz istismarı idarəsinin rəisi Qənimət Səmədov məlumat verərək bildirdi ki, kənddə 431 evə «J-4» markalı qaz sayğacları quraşdırılmışdır. Bu isə 2179 nəfər əhalini əhatə edəcəkdir.
Mərasimi giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını yetirmişdir. Bildirmişdir ki, kəndə qazın verilməsi bir də ona görə əlamətdardır ki, ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyini məhz bu il qeyd edirik. Rayon rəhbəri onu da bildirmişdir ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılmasına stimul verir. Rayonumuzun digər kəndlərində də qazın verilməsinə nail olunacaqdır.
Azəriqaz İstehsalat Birliyinin Tikinti departamenti üzrə rəisi müaini Fuad Şükürov çıxışında qeyd etmişdir ki, hazırda rayonun 28 kəndi üzrə bu istiqamətdə işlər uğurla davam etdirilir. 10 kənddə işlər artıq yekunlaşma üzrədir.
Kənd ağsaqqalı Xəlil Namazov, Bulduq kənd tam orta məktəbinin müəllimi Anaxanım Rzayeva və başqaları çıxış edərək göstərilən davamlı diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, eləcə də qazın çəkilişində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Alqış sədaları altında məktəbin həyətində mavi alov şölələnmişdir.
Sonda  kənd camaatı adından ölkə prezidentinə minnətdarlıq teleqramı ünvanlanmışdır.

Keçidlər