Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşir

19 iyun 2020 | 16:00

Koronovirus pandemiyası dövründə Ermənistanda Paşinyan hakimiyyəti vətəndaşların zəruri sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklə qarşılaşmışdır. Müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyası mitinqlər keçirərək onun istefasını tələb edir. Paşinyanın göstərişi ilə mitinq iştirakçılarının həbsləri başlanmışdır. 15 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qarik Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başlandığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə əhali arasında ciddi narahatçılıq doğurmuşdur.

Qeyd edək ki, Ermənistan Parlamentində Çarukyanın deputat toxunulmazlığının ləğv edilməsi və onun həbsi barədə məsələ müzakirə olunaraq müsbət həll edilmişdir. N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Bu isə Ermənistanın terrorçu dövlət olduğunu bir daha sübut edir. Paşinyanıın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır.

Qərb ölkələri Ermənistana qarşı ikili standart siyasətini  həyata keçirir. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Guya Ermənistanda demokratik təsisatların yaradılması üçün ciddi addımlar atıldı. Lakin işğalçı ölkədə son günlərdə baş verən hadisələr bunun tam əksini sübut edir. Azərbaycanofobiya xəstəliyinə tutulmuş bəzi təşkilatlar isə ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda,  Ermənistanda baş verən qanunsuzluğa qarşı heç bir ittiham səsləndirmirlər. Budur beynəlxalq qurumların demokratiyasının fəlsəfəsi. 

Keçidlər