Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü qeyd olunmuşdur.
Azərbaycan ordusunun formalaşmasında, qüdrətinin artmasında ümummilli liderimiz Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu öndərin gərgin əməyi nəticəsində ordumuzda mühüm islahatlar aparılmış, ölkəmizin silahlı qüvvələri gücləndirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbi təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmışdır.
Ordu quruculuqu sahəsində islahatlar bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu getdikcə möhkəmlənir. İndi Azərbaycan Silahlı Qüvvələri ən güclü ordulardan hesab olunur.
1998-ci ildən etibarən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Bu münasibətlə Qaratəpə kəndindəki “N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir. Tədbirin aparıcısı rayon xalq teatrının rejissoru Seyidməmməd Əliyev bayram mərasimini açıq elan etmişdir. “N” saylı hərbi hissənin komandiri Taleh Abbasov çıxış edərək Azərbaycan ordusunun zabit və əsgərlərini bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP rayon təşkilatının sədri Nadir Quliyev Azərbaycan Silahlı Qüvvələr Günü münasibətiə ürək sözlərini bildirmişlər.