Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycanın xilaskarlıq tarixinin başlanğıcı.

13 iyun 2013 | 15:00

İyunun 12-də Heydər Əliyev adına mədəniyyət sarayında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar.
Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov öncə rayon ictimaiyyəti adından bütün Azərbaycan xalqını, o cümlədən sabirabadlıları Milli Qurtuluş Günü münasibəti ilə təbrik etmiş, onlara xoşbəxtlik, səadət dolu günlər arzulamışdır. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan natiq qeyd etmişdir ki, böyük xilaskarlığın tarixi nümunəsi olan Milli Qurtuluş Günü 1998-ci ildən ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Müasir Azərbaycanın xilası 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə səciyyələnmişdir. Ulu öndər xalqın israrlı tələbi ilə hakimiyyətə gətirildikdən sonra ölkəmiz vətəndaş müharibəsindən xilas oldu. Azərbaycan yeni inkiişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz yeni-yeni uğurlara imza atmağa başladı. 1994-cü ilin may ayında həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu, həmin ilin sentyabrinda “Əsrin müqaviləsi” adlanan neft kontraktı imzalandı. Ümummilli liderin qətiyyəti sayəsində 1994-cü ilin oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Beləliklə, əsas qayəsini azərbaycançılıq, demokratiya, dünyəvilik və milli tərəqqi təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Bu ideologiya Heydər Əliyev ideyalarıdır. Həmin ideyalar bu gündə möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yaşayır və uğurla davam etdirilir.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyası sədrinin müavini Mehriban Əliyevaya təbrik   ünvanlanmışdır.
Rəsmi hissədən sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı aktyorlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əməkdar mədəniyyət işçisi İftixar Piriyevin əsəri əsasında səhnələşdirilmiş “Qurtuluş dastanı” tamaşası nümayiş olunmuşdur. Tamaşa alqışlarla qarşılanmışdır.

Keçidlər