Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilir

21 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi istiqamətində çoxşaxəli islahatlar həyata keçirilmiş, o cümlədən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi diqqət mərkəzində saxlanılmışdır.

2020-ci ilin I rübündə Sabirabad rayonunun yerli büdcəsinin gəlir hissəsinə 1 milyon 340 min manat proqnoza qarşı 1 milyon 606 min manat və ya 119,8 % əməl edilmişdir.

Ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması nəticəsində sahibkarlıq fəaliyyəti sahəsində hələ də mövcud olan «kölgə» iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəifləmişdir. «Kölgə» iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla dövlətin iqtisadi sabitliyinə təhlükə yaradır.

Koronavirus pandemiyası ilə mübarizə aparılan indiki ağır dövrdə sahibkarlıq subyektləri də maliyyə cəhətdən itkilərə məruz qalmışlar. Lakin dövlət onlara vaxtında və lazımi köməkliyi göstərir. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində iri şirkətlər öz bizneslərini qorumaq, xərclərini minimuma endirmək üçün kütləvi şəkildə işçiləri ixtisar edirlər. Azərbaycanda isə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşların sosial müdafiəsinin təmin olunması, o cümlədən iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.

Xüsusi karantin rejimi dövründə zərər çəkmiş sahibkarlara vergi güzəştləri edilmiş, birbaşa kompensasiya ödənişləri ayrılmışdır. Sabirabad rayonunda da fəaliyyəti müvəqqəti dayanmış vergi ödəyicisi olan sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilmiş, idarələrdə, müəssisələrdə, təşkilatlarda, şirkətlərdə və digər sahibkarlıq subyektlərində işçilər ixtisara salınmamışdır. Ötən illə müqayisədə əmək müqaviləsinin sayı xeyli artmış, 2020-ci ilin birinci rübü ərzində əmək müqavilələri 900-dən cox olmuşdur. Rayonda 10 min nəfərə yaxın şəxsə 190 manat məbləğində vəsait verilmişdir.

Cari ilin aprel ayında Sabirabad rayonunda əlavə 57 min ailə (241 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 679 dan çox ailənin 2861 üzvü ünvanlı dövlət sosial yardımı ilə, pensiya, müavinət və təqaüd alan 12781 şəxsə ödənişlərin davamlılığı təmin edilmişdir. Sosial ödənişlər formal sektorda işləyən şəxslərə şamil edilmişdir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalmışlar.

Həyat sübut etdi ki, «kölgə» iqtisadiyyatı şəffaf sahibkarlıq fəaliyyətinə qayıtmalıdır. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz hadisələrə hazır olmasını təmin edir. Biz inanırıq ki, bu sahədə də möhkəm birlik və həmrəylik nümayiş etdiriləcəkdir.

Keçidlər